BUZLAQ DƏRƏSİ

müxtəlif mənşəli və formalı dərələr: 1) dağlarda buzlaq troqu; 2) düzənlik buzlaşması sahələrində ərimiş buz sularının əmələ gətirdiyi dərələr. долина ледниковая glacial valley
BUZLAQ DESTRUKSİYASI
BUZLAQ DƏYİRMANI
OBASTAN VİKİ
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Buzlaq dili
Buzlaq dili – dərə buzlağının qar sərhədindən aşağıda yerləşən hissəsidir. Buzlaq dili dərə üzrə aşağı enir və burada buz kütləsi ərimə və buxarlanma yolu ilə kiçilir..
Buzlaq epoxaları
Buzlaq epoxaları (qlyasiallar) — Yerin geoloji inkişaf tarixində çox soyuq iqlim və geniş sahəli qalın materik buzlaqları ilə xarakterizə olunan epoxalar. == Təsviri == Bu epoxalarda buz yalnız dağları deyil, qütb və mülayim enliklərdəki düzənlikləri də örtmüşdü (qurunun təqr.40%-ini). Buzlaq epoxalarının davamiyyət müddəti müxtəlifdir. Yerin müxtəlif sahələrində Erkən Proterozoy, Son Proterozoy (Üst Rifey – Vend), Son Paleozoy (Karbonun sonu – Permin əvvəli) və Son Kaynozoyda müəyyən edilmişdir. Sonuncu epoxa daha çox öyrənilmişdir. Neogenin sonunu və Dördüncü dövrü əhatə edən buzlaq dövründə (2,5–3 mln. il) ən azı 4 buzlaşmanın olması və hər buzlaşmanın 2 və daha çox mərhələyə bölünməsi müəyyən edilmişdir. == Buzlaq nəzəriyyəsi == Buzlaq nəzəriyyəsin baniləri Avropa düzənliklərində buzlaşmanın bir dəfə baş verməsi fikrində idilər. 19-cu əsrin sonlarında aparılan tədqiqatlar nəticəsində bu ərazilərdə iki, yaxud üç buzlaşmanın baş verməsi qənaətinə gəlindi. 20-ci əsrin əvvəllərində A. Penk, E. Brikner və başqaları Alp dağları üçün 5 müstəqil buzlaq epoxasını (Dunay, Güns, Mindel, Riss, Vürm) ayırmışlar; Alp buzlaşmaları sxemi sonralar daha da təkmilləşdirilmişdir.
Buzlaq eroziyası
Buzlaq gölü
Buzlaq gölü – buzlaqların eşdikləri çökəkliklərdə və ya buzlaq çöküntüləri (morenlər) arasında əmələ gəlmiş göl. Kola yarımadasında, Kareliyada və Finlandiyada çoxlu buzlaq gölü var..
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Buzlaq relyefi
Buzlaq relyefi- qədim və müasir dövr buzlaşmasının təsiri nəticəsində əmələ gələn relyef. Buzlaq relyefi formaları iki cürdür: buzlaq eroziya relyef formalalrı (kar, sirk, troq və s.) və buzlaq akkumulyativ relyef formalları (uc moren tirələri,drumlinlər və s.) Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Buzlaq zonası
Buzlaq çöküntüləri
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Buzlaq qazsoğanı
Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. Füzuli rayonu armenianvandalism.
Hayqır dərəsi
Hayqır dərəsi — İranda dərə. Fars ostanının Firuzabad şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə yerləşir. Dərənin divarlarının dərinliyi bəzən təxminən 450 metrə çatır. Hayqırın tam uzunluğu 18 kilometr (11 mil) qədərdir. Dərə İranın Böyük Kanyonu adlanır. Hayqır dərəsi Dəbin antiklinalının eni boyunca uzanır. Su eroziyasına görə genişlənmişdir. Vadinin hündür divarları və dibində axan çay turizmi üçün əlverişli ərazi yaratmışdır.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Meydan dərəsi
Meydan dərəsi — Qubadlı rayonu ərazisində çay. Həkəri çayına çatmayan yarğan-quru dərədir. Rayonun ərazisindəki Meydanarası qışlağının adı ilə Meydanarası variantında da qeydə alınmışdır. 24 km. uzunluğa malik olan bu çay açıq, düzənlik sahədən axdığı üçün belə adlandırılmışdır.
Nasirabad dərəsi
Nasirabad dərəsi (fars. دره ناصرآباد‎) — İranda dərə. Tehran şəhərinin şimalında, qərbdən Darabad silsiləsinə aparan Əlborz dağlarının yamaclarında yerləşir. Dərənin girişində mövcud olan tikinti işlərə baxmayaraq, Nasirabad dərəsi hələ də Tehranın şimalındakı azsaylı toxunulmamış dərələrdən biri hesab olunur.
Pankisi dərəsi
Pankisi dərəsi (gürc. პანკისის ხეობა, Pankisis Xeoba) — Gürcüstanın şimal-şərqində Rusiya Federasiyasının subyekti Çeçenistan Respublikası ilə sərhəddə yerləşən vadi, dərə. İnzibati cəhətdən Kaxeti mxaresinin Axmeta bələdiyyəsi ərazisinə daxildir. Dərə əhalisinin 75%-i çeçenlərin subetnik qrupu sayılan kistlərdir.
Pyazçal dərəsi
Pyazçal dərəsi (fars. دره پیازچال‎) — İranda dərə. Küləkçal dağına dırmaşma cığırından Küləkçala paralel zirvələrə və Darabad dərəsinin axırına qədər uzanır. Bu dərə demək olar ki, bütün il boyu yaşıldır və bulaqları bol suludur. Vadidə mal-qara, keçi və qoyun, eləcə də bir neçə vəhşi atlar var.
Qaraqoyunlu dərəsi
Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı — Qərbi Azərbaycanın, gözəl guşələrindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansaray) və Mixaylovka – Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir. Hazırda bu ərazi Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibindədir. Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu dərəsinin kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı. Elektrik işığı ilə ən tez təmin olunan kəndlər Çaykənd və Gölkənd kəndləri olmuşdur. 1951–1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdir. Az bir müddətdən sonra isə bütün kəndlər mərkəzləşmiş qaydada elektriklə təmin edilmişdir. Kəndlərin hamısında müvafiq avadanlıqlarla təchiz edilmiş və xüsusi zövqlə tikilmiş gözəl məktəb binaları var idi. Həmin məktəblərdə peşəkar müəllimlər çalışırdı.
Triqrad dərəsi
Triqrad dərəsi (bolq. Триградско ждрело) — Bolqarıstanda çay dərəsi. Eyni adlı Triqrad çayının yaratdığı bu dərə Rodop dağlarının cənubunda, Yunanıstanla sərhəddə yerləşir. Triqrad çayı Şadder çayının sol qoludur və Smolyanski vilayəti ərazisindən axır. Çay dərə boyu axaraq "Şeytan boğazı" (Дяволското гърло) mağarasına tökülür və 530 metrlik məsafədən yenidən yer səthinə çıxır. Dərənin qərb divarının hündürlüyü 300 metr, şərq hissəsinin hündürlüyü isə 300-350 metrə çatır. Dərənin yuxarı axarlarında iki divar arasında olan məsafə təqribən 300 metrdir. Lakin dərənin şimal hissəsi tədricən daralar və 100 metr olur. Dərənin maksimal hündürlüyü 1450 metrdir və Triqrad kəndinin 1.2 km-də yerləşir. Ümumi uzunluğu 7 km olsa da əsas dağlıq hissəsinin uzunluğu 2–3 km-dir.
Turda dərəsi
Turda dərəsi (rum. Cheile Turzii, mac. Tordai-hasadék) ― Rumıniyanın Transilvaniya bölgəsində yerləşən dərə. Kluj-Napoka şəhərindən 15 km cənub-şərqdə, Turda şəhərindən isə 6 km qərbdədir. Turda dərəsi qorunan təbiət ərazisidir. Kanyon formalı bu dərə yura yaşlı əhəng daşlarınındağ süxurlarının eroziyası nəticəsində formalaşmışdır. Dərədə əsas çay Haştade çayıdır. Dərə uzunluğu 2,9 km-dir. Dərə divarlarının hündürlüyü bəzən 200-300 metr arasında dəyişir. Tura dərəsinin ümumi sahəsi 324 hektardır.
Vikos dərəsi
Vikos (kanyon) dərəsi (yun. Φαράγγι του Βίκου) — Yunanıstanın Pind dağları ərazisində yerləşən dərə. Vikos dərəsi ölkənin şimal şərqində, Yaniya nomundadır. Tumfi dağının cənum yamacında yerləşən dərənin uzunluğu 20 km, dərinliyi 450–1600 m, eni isə 400 metrdən 3-4 metrə qədər daralır.. Vikos Ginnesin Rekordlar Kitabına dünyanən ən dərin dərəsi kimi düşüb.. Dərə kanyondan bəzi cəhətlərinə görə fərqlənir, məsələn : en və uzunluq nisbəti.. Dərə Vikos-Aoos milli parkının mərkəzi hissəsində, Zaqori vilayətində yerləşir. Öz başlanğıcını Monodendri və Kukuli qəsəbələrindən götürür və Vikos rayonu ərazisində bitir.. Dərə daxilində kiçik çaylar var ki, sonda dərə boyu axan Voydomatis çayına birlışirlər. İl boyu ancaq bu çayda su olur..
Çay dərəsi